AZ

Azərbaycan ABŞ ilə enerji tərəfdaşlığının inkişafını müzakirə edib

Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.

SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir bildirib ki, ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində Palatanın Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr aparılıb.

"Azərbaycan-ABŞ enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndirdik", - deyə P. Şahbazov qeyd edib.

Seçilən
26
1
sia.az

2Mənbələr