AZ

Gürcüstandan 80 əcnəbi deportasiya edildi – Azərbaycanlılar da var

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə həyata keçirilən əməliyyatlar çərçivəsində 80 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.

KONKRET.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, deportasiya tədbirləri Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə sıx əməkdaşlıq şəraitində, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə icra olunub.

Ölkədən çıxarılan şəxslərə Gürcüstana giriş qadağası tətbiq edilib.

Kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşları Gürcüstan ərazisindən deportasiya olunub.

Daxili İşlər Nazirliyi bildirir ki, miqrasiya qaydalarına nəzarət və qanunsuz miqrasiyaya qarşı tədbirlər gələcəkdə də davam etdiriləcək.

(report)

Seçilən
17
konkret.az

1Mənbələr