AZ

Səccadəsinin üstünə zibil qabı qoydu, gəlin döydü TƏFƏRRÜAT

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Quba rayonunda qayınana və gəlin arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 27-də rayonun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Günel həmin gün saat 12 radələrində yaşadıqları evin qonaq otağında aralarında yaranmış mübahisə zamanı 1967-ci il təvəllüdlü qayınanası Elmiranın sifət nahiyyəsindən yumruq ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Günelin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Günel ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avqustun 27-də, saat 12 radələrində yaşadıqları evdə namaz qılmağa hazırlaşarkən qaynanası Elmira içərisində zibil olan vedrəni onun namaz qıldığı yerə qoyub:“Mən Elmiraya vedrəni oradan götürməsini deyən zaman aramızda mübahisə yarandı. Elmira üzərimə gələrək əlində olan taxta parçası ilə sağ qol nahiyyəmdən vurdu. Ağrının təsirindən müvazinətimi itirərək yerə yıxıldım. Yerdə olduğum zaman Elmira bədənimin müxtəlif nahiyyələrinə vurmağa başlamı. Həmin vaxt mən də onu uzaqlaşdırmaq üçün əlim ilə sifət nahiyyəsinə vurdum. Bu hadisədən sonra Elmira evdən çıxaraq getdi”.Zərərçəkmiş Elmiranın sözlərinə görə, yaşadıqlan evdə olduğu zaman gəlini Günel ona içərisində zibil olan vedrəni aynəbəndə qoymağını səbəb gətirib və onunla mübahisə etməyə başlayıb: “Bu zaman Günel məni yerə yıxdı və sol göz nahiyyəmdən yumruqla vurdu. Həmin vaxtı mən də yerdən qalxmaq üçün və Güneli üzərimdən uzaqlaşdırmaq üçün taxta parçası ilə onu vurdu. Bu hadisədən sonra özümü narahat hiss etdiyim üçün evdən çıxaraq kənd ərazisinə getdim və bu barədə polisə şikayət etdim”. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıq əldə edib. Bu səbəbdən də gəlini tərəfindən döyülən qadın onu bağışlayıb.  Quba Rayon Məhkəməsinin hökmü ilə Günelin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
demokrat.az

1Mənbələr