AZ

Ölkədən qaçan azərbaycanlı biznesmen aeroportda TUTULDU

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada dələduzluqda ittiham olunan Surqut şəhərinin tikinti sahəsi üzrə keçmiş mer köməkçisi Vitali Şarov və Əmlak Münasibətləri Departamentinin direktoru Aleksey Dvornikovla bağlı cinayət işində adı keçən yerli biznesmen Vüqar Yusifov Rusiyanı tərk etməyə cəhd edib.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, güc strukturlarındakı mənbə bildirib ki, o, Moskvada əlində Azərbaycana bilet olduğu halda saxlanılıb.

Yusifov Surqut şəhərini tərk edib Azərbaycana uçmağı planlaşdırırmış. Moskvaya getsə də, hüquq-mühafizə orqanları bundan xəbər tutub və aeroportda onu gözləyiblər.

İstintaqın versiyasına görə, 2023-cü ildə təqsirləndirilən şəxslər “Hava Nəqliyyatı Agentliyi” ASC-yə məxsus bələdiyyə əmlakının satışı ilə bağlı saxta hərrac təşkil ediblər. Hərracın iştirakçısı qismində tanış fərdi sahibkara nəzarət edilən bir təşkilat prosesə cəlb olunub və ehtimala görə, aktiv məhz Vüqar Yusifova qismət olub. Təqsirləndirilən şəxslər potensial rəqiblərin aradan qaldırılması üçün şərait yaradaraq və məlumat ötürərək onun hərracda qalib gəlməsini təmin ediblər.

İstintaqın fikrincə, agentliyin səhmləri sonradan dəyərindən aşağı qiymətə satılıb. Nəticədə Surqut şəhərinin büdcəsi ümumilikdə 120 milyon rubl məbləğində vəsait itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr