AZ

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 80 əcnəbi deportasiya edilib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə Gürcüstandan 80 əcnəbi deportasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşlarıdır.

Mövcud qanunvericiliyə uyğun olaraq xarici ölkə vətəndaşlarının Gürcüstana girişi qadağan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
apa.az

2Mənbələr