AZ

Karvanın futbolçusu bədbindir: İnamımızı itirmişik...

“Qələbə qazanmağın yolunu tapmalıyıq”

“Turnir cədvəlinin sonuncu pilləsindəyik”.

Bu sözləri Apasport.az saytına açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Coy Slayd Mikels “Turan Tovuz”la oyundan (0:1) sonra deyib.

31 yaşlı forvard komandada özünəinamın azaldığını vurğulayıb: “Bu, bizim üçün çox pis haldır. Komanda olaraq inamımızı itirmişik. Çalışırıq ki, yenidən toparlanaq və qələbə ruhunu bərpa edək. Bu gün əlimizdən gələni etdik, lakin məğlub olduq. Qələbə qazanmağın yolunu tapmalıyıq. Məğlubiyyətlərin qarşısını almaq lazımdır. Önümüzə baxacağıq. Məqsədimiz qələbələr qazanaraq komandanı elitada saxlamaqdır”.

Qeyd edək ki, “Karvan-Yevlax” 6 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb.

İSRAYIL XEYRULLAYEV

Kurban Berdıyev: “Kim güclü olacaqsa, o da oynayacaq”

"Turan Tovuz" iddiasını davam etdirir - YENİLƏNİB

“Qalatasaray”ın yetirməsi “Zirə”də - RƏSMİ

Azər Bağırov: “Bununla bağlı ölçü götürüləcək”

Jorj Kaşkilya: “Nəticəni qənaətbəxş hesab edirəm”

Seçilən
36
1
apasport.az

2Mənbələr