AZ

İşçi axtarılır: 60 min boş yer var AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun verdiyi məlumata görə, hazırda Azərbaycanın vakansiya bankında 60 mindən çox boş iş yeri mövcuddur. Bu göstərici əmək bazarında işçi qüvvəsinə olan tələbatın yüksək olduğunu göstərir və eyni zamanda gənclərin az maaşlı işlərə maraq göstərməməsi məsələsini gündəmə gətirir.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlamasında  bildirib ki, bu, böyük rəqəmdir və ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı geniş təbliğat aparmalıdır:“Bu, o demək deyil ki, həmin iş yerlərinə heç kəs müraciət etməyəcək. Mümkündür ki, bəzi insanlar sadəcə olaraq bu vakansiyalar barədə kifayət qədər məlumatlı deyillər. Digər tərəfdən, əgər hansısa vakant iş yeri uzun müddət boş qalırsa, bu artıq onu göstərir ki, həmin iş yerinin sahibi işçi qüvvəsini cəlb etmək üçün əlavə tədbirlər görməlidir. Ya maaş səviyyəsini elə artırmalıdır ki, insanlar bu işə maraq göstərsinlər, ya da həmin vəzifəni mövcud maaşla yarımştat, yəni yarım günlük iş formasında təklif etməlidir ki, insanlar günün digər yarısında əlavə işlə məşğul olmaq imkanına sahib olsunlar. İstənilən halda, insanları “niyə az maaşlı işlərə getmirlər” deyə qınamaq doğru deyil. Hər bir insan iş seçərkən özünün və ailəsinin dolanışığının minimum səviyyədə təmin olunmasını nəzərə alır və buna uyğun qərar verir. Bu baxımdan işəgötürənlər də daim vakant kimi təqdim etdikləri iş yerlərinin nə dərəcədə cəlbedici olduğunu düşünməli və əmək bazarının real şərtlərinə uyğun davranmalıdırlar”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
demokrat.az

1Mənbələr