AZ

Vüqar Mustafayev “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində “World Defence Show 2026” (WDS-2026) beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 9-da bir sıra görüşlər keçirib.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Sinqapurun “ST Engineering”, Çexiyanın “Colt CZ”, Çinin ALIT və CETCI, Türkiyənin “Baykar”, TUSAŞ və HAVELSAN, həmçinin Amerika Birləşmiş Ştatlarının “Trillium” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq əlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, baş verən qlobal tendensiyalar, müasir innovativ texnologiyaların tətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalq platformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımından yaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsində açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.

İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesi sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı müzakirələrlə yadda qalıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

01KH2ZNH22WNPW29Q4YTDKQ98Z

01KH2ZNH22WNPW29Q4YTDKQ98Y

01KH2ZNH21ZK2FQCMA2RYETDKW

01KH2ZNH2CQ1QV42J1AHMPNKR0

01KH2ZNH2BJQ06S8J8BKRGC1AT

01KH2ZNH2A0K7M61XWYKK7Q89S

Seçilən
58
11
poliqon.az

10Mənbələr