AZ

Strateji investisiyaların dövlət tərəfindən alınması üçün yeni hüquqi əsas yaradılır

Bakı. Trend:

İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsasımüəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, investisiyanın strateji əhəmiyyətəmalik investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin vəxalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın millimaraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədiləalınması istisna olmaqla Azərbaycan ərazisində investisiyanın vəinvestisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına vəmilliləşdirilməsinə yol verilməyəcək.

İnvestisiyaların dövlət ehtiyacları üçün, strateji əhəmiyyətəmalik olan investisiyalara münasibətdə isə Azərbaycan dövlətinin vəxalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın millimaraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədiləinvestordan alınması ayrı-seçkilik hesab edilməyəcək.

Strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycandövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanınmilli maraqlarına zidd olan müstəsna halların qarşısını almaqməqsədilə milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasıAzərbaycan Respublikasının qanunları ilə həyata keçiriləcək.

Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasıəvəzində investorlara bu aşağıdakı abzas nəzərə alınmaqlakompensasiya ödəniləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulan kompensasiya investisiyamüqaviləsində müəyyən edilmiş qaydada, belə qayda olmadıqda isəinvestisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindənalınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansıdaha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtdainvestisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunacaq vəgecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada,yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutadaödəniləcək.

Dəyişikliklərin əsaslandırması

Bildirilib ki, hazırda investisiyalar investordan dövləttərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekviziyaməqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar başverdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiqdövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alınabilər. Hər iki halda investisiyanın dəyəri “İnvestisiya fəaliyyətihaqqında” Qanuna uyğun olaraq kompensasiya ödənişinin edilməsi yoluilə investora ödənilir.

Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindənalınmasının yeni bir əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətəmalik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqınınmənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına ziddolan müstəsna halların qarşısını almaq məqsədilə investisiyalarındövlət tərəfindən alınmasıdır.

Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olaninvestisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinəzərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsnahalların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasınınhüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçüninvestisiyaların alınması ümumi qaydada, yəni investisiyalarındövlət tərəfindən alınması əvəzində investorlara kompensasiyaödənilməklə həyata keçirilə bilər.

Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olaninvestisiyaların dövlət tərəfindən alınması AzərbaycanRespublikasının qanunları ilə həyata keçirilə biləcək.

Seçilən
55
17
az.trend.az

10Mənbələr