Bakı, 10 fevral, AZƏRTAC
“Azərbaycan COP29-u çox uğurlu şəkildə təşkil etdi”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
O daha sonra qeyd edib: “Azərbaycanın ev sahibliyi etdiyi COP tədbirində həm dünyanın hələ də ehtiyac duyduğu ənənəvi enerji mənbələrinə, həm də bərpaolunan enerji mənbələrinə diqqət yetirildi. Bu, həqiqətən də mükəmməl bir balans idi”.