AZ

Vüqar Mustafayev Ər-Riyaddakı hərbi sərgidə görüşlər keçirib - FOTOLAR

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində "World Defence Show 2026" beynəlxalq sərgisində iştirak edən Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 9-da bir sıra görüşlər keçirib.

Bu barədə SİA-ya Müdafiə Sənayəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Gökhan Uçar, Sudanın Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Sinqapurun "ST Engineering", Çexiyanın "Colt CZ", Çinin "ALIT" və "CETCİ", Türkiyənin "BAYKAR", "TUSAŞ" və "HAVELSAN", həmçinin Amerika Birləşmiş Ştatlarının "Trillium" şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlərdə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq əlaqələri, beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi, baş verən qlobal tendensiyalar, müasir innovativ texnologiyaların tətbiqi və sənaye imkanlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu cür beynəlxalq platformaların təcrübə mübadiləsi və peşəkar dialoq baxımından yaratdığı imkanlar qeyd edilib. Tərəflər müdafiə sənayesi sahəsində açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini önə çəkiblər.

İşgüzar və konstruktiv şəraitdə keçən görüşlər müdafiə sənayesi sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı müzakirələrlə yadda qalıb.

Seçilən
10
11
sia.az

10Mənbələr