AZ

“Hamı mənim kimi geyinir, bəziləri etiraf da edir” - Elza Seyidcahan geyimlərindən ibarət muzey yaradır? - FOTO+ÖZƏL

“Geyimlərim, aksesuarlarım çoxdur. Bunlar əlbəttə ki, qorunub saxlanılmalıdır. Gözəl işlər ümumiyyətlə qorunmalıdır. Muzeyi istəyib istəməməklə deyil məncə.. İstəsəm də, istəməsəm də bu olmalıdır. Bu gün deyərdim ki, efirə çıxanların çoxu elə Elza Seyidcahan tərzində geyinirlər. Onların arasında hətta bəzi xalq və əməkdar artistlər də var. Bu isə muzeyin sübutudur. Demək ki, artıq muzey var”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.
O daha sonra əlavə edib:
 
“Bunu etiraf edənlər də olur. Hətta, hamı onları Elzaya oxşadanda, deyirlər ki, “bu Elzanın əlindən başımıza bir şey qoya bilmirik də”. 
 
Müğənni “Şou-biznesə ikinci Elza Seyidcahan gələ bilər?” sualına belə cavab verib:
“Davamçılarım ola bilər, amma ikincilər heç vaxt olmurlar. Allah tək olduğu kimi bütün bəşəriyyəti də fərqli, bənzərsiz, tək yaradıb. Hərdən o qədər dəvətlə getməli olduğum yerlər olur ki, çatdıra bilmədiyimdən, “bəlkə bacım getsin mənim ikincim kimi” deyə düşünürəm. Fonoqram oxuyar və eynək taxar. Heç cürə alındıra bilməmişəm. Çünki, Allah hamını tək yaradıb. Bu yerdə elə “Tək” adlı şeirimdən misal çəkmək istərdim..
 
“Tək verdi...
Səni verdi,
Onu verdi,
Sənə verdi,
Ona verdi, 
Sev onu, qoru Onu.
Tək qal onunla tək,
Tək qalmazsan onunla Tək”, - deyə müğənni bildirib.
Seçilən
44
moderator.az

1Mənbələr