AZ

Toni Kroos Ronaldunun müdafiəsinə qalxdı: "Heç kim Səudiyyə Ərəbistanı çempionatını izləməz"

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Toni Kroos keçmiş komanda yoldaşı Kriştianu Ronaldununun müdafiəsinə qalxıb. 

Fanat.Az xəbər verir ki, almaniyalı veteran futbolçu portuqaliyalı superulduzun Səudiyyə futboluna təsirinin danılmaz olduğunu bildirib.

"ZNews" Kroosun açıqlamasını belə təqdim edib:

"Səudiyyə Ərəbistanı Pro Liqası rəhbərliyini anlamaq çətindir. Kriştianu Ronaldu gəlməzdən əvvəl heç kim bu liqa haqqında eşitməmişdi. İndi onu dünya səhnəsinə çıxaran insana hörmətsizlik edirlər.Kriştianu sabah getsə, bu liqa cazibəsini itirəcək. Ronaldu olmasaydı, heç kim Səudiyyə Ərəbistanı Pro Liqasını izləməzdi".

Portuqaliya mediasının məlumatına görə, Ronaldu yanvar transfer pəncərəsinə etiraz olaraq son iki oyunu buraxdıqdan sonra "Əl-Nəsr"in məşqlərinə qayıdıb. Onun 11 fevralda Asiya Çempionlar Liqasının 2-ci turunda "Arkadağ"la matçda, həmçinin gələn həftəsonu "Əl-Fateh"lə çempionat oyununda iştirakı gözlənilir.

41 yaşında olan Ronaldu 18 liqa matçında 17 qol vuraraq, "Əl-Nəsr"in titul uğrunda mübarizəsində həlledici rol oynayır. 

Mirağa

Seçilən
44
1
fanat.az

2Mənbələr