AZ

ISIS: “İran mümkün hücuma hazırlaşır”

AzVision.az xəbər verir ki, “Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu”nun (ISIS) dərc etdiyi yeni təhlilində belə deyilir.

“Fevralın 8-9-da çəkilmiş yüksək təfərrüatlıkommersiya peyk görüntüləri tunellərin mərkəzi və cənub girişlərinin tamamilə bağlandığını və artıq görünmədiyini, ən şimal girişinin də örtüldüyünü və kompleksə daxili girişə maneə yaratdığını göstərir”,- hesabatda bildirilir.

Məlumata əsasən, görüntülər çəkilən zaman girişlərin ətrafında nəqliyyatın hərəkəti müşahidə olunmayıb.

Hesabatda qeyd edilir ki, bu işlər hakimiyyət orqanlarının mümkün hava hücumuna qarşı yeraltı kompleksi möhkəmləndirmək və quru qoşunlarının ora daxil olmasını çətinləşdirmək üçün sistemlicəhdidir. Belə iş əvvəllər şimal girişində müşahidə edilmişdi, lakin indi bütün əraziyə yayılıb. Həmçinin, təsdiqlənməmiş olsa da, girişlərin möhürlənməmişdən əvvəl avadanlıq və ya materialların tunellərə köçürüldüyü ehtimal edilir.

- Belə hazırlıqlar sonuncu dəfə Fordo, Natanz və İsfahandakı hədəflərin vurulduğu“Gecəyarısı çəkici”əməliyyatından əvvəlki günlərdə müşahidə olunub”,- məlumatda vurğulanır.

Tədqiqatçılar bu tədbirlərin İranın ABŞ və ya İsrail tərəfindən mümkün hava hücumu ilə bağlı qorxularını sərgilədiyini iddia edirlər. Tunelin girişlərinin bağlanması hava hücumundan dəyən ziyanı azaldacaq və obyektdə saxlanıla bilən zənginləşdirilmiş uranın ələ keçirilməsi və ya məhv edilməsinə yönəlmiş xüsusi təyinatlıların əməliyyatı zamanı yerdən girişi çətinləşdirəcək.


ISIS İsfahanda uranın konversiyası, nüvə yanacağı istehsalı və digər nüvə fəaliyyətləri üçün əsas obyektlərin yerləşdiyinə diqqət çəkir.

Xatırladaq ki, 2025-ci il iyunun 22-nə keçən gecə ABŞ İranın üç nüvə obyektini - Fordo, Natanz və İsfahanı vurub. Amerika lideri Donald Tramp hücumun məqsədinin İranın yaratdığı nüvə təhlükəsini aradan qaldırmaq olduğunu bildirib. Onun sözlərinə görə, nüvə proqramının əsas obyektləri bütövlükdə və tamamilə məhv edilib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
119
azvision.az

1Mənbələr