AZ

ABŞ Ticarət Palatası: Azərbaycan turizmi qlobal investorlar üçün cəlbedici istiqamətdir

Azərbaycan nəqliyyat marşrutları və turizm istiqamətində zəngin potensiala malikdir...

Poliqon xəbər verir ki, ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşdə bu barədə danışıb.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafı bankçılıq və maliyyə sahələrində də yeni perspektivlər yaradır. Çoksi qeyd edib ki, müxtəlif nəqliyyat dəhlizləri üzrə geniş imkanlar mövcuddur, rəqəmsal ödənişlər və ümumilikdə artım göstərən sahələr böyük inkişaf potensialı ilə seçilir.

Baş vitse-prezident turizm sektoruna da diqqət çəkərək bildirib ki, bu sahə olduqca geniş spektri əhatə edir. Onun sözlərinə görə, turizm dedikdə təkcə səyahət deyil, eyni zamanda Boeing təyyarələri, Hilton, Marriott və digər beynəlxalq hotel brendlərinin fəaliyyəti də nəzərdə tutulur. Çoksi vurğulayıb ki, bu amil Azərbaycanda mövcud imkanların nə qədər müxtəlif və çoxşaxəli olduğunu göstərir.

Poliqon.info

Seçilən
25
1
poliqon.info

2Mənbələr