AZ

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Qarabağ” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasının 19-cu turunun oyunu “Şamaxı” “Qarabağ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 14:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamal Umudlu idarə edəcək.

“Şamaxı” 23 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 39 xala malik “Qarabağ” isə ikincidir.

Misli Premyer Liqası
İkinci dövrə, 19-cu tur
10 fevral (çərşənbə axşamı)
14:30. “Şamaxı” - “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu

Qeyd edək ki, 19-cu turun daha əvvəl keçirilən görüşlərində “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2), “Turan Tovuz” “Karvan-Yevlax”ı (1:0) üstələyib, “İmişli” - “Kəpəz” görüşündə isə hesab açılmayıb.

İdman.Biz
Məqalədə:
Seçilən
54
idman.biz

1Mənbələr