Liviyanın cənub-şərqindəki Kufra şəhərində helikopter qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.
Kufra meri Məhəmməd Əbdürrəhim Bumeriz helikopter qəzasında həyatını itirənlər üçün başsağlığı mesajı paylaşıb. Qəzanın baş vermə səbəbi açıqlanmayıb.