AZ

Mercedes-Benz şirkəti F1 mühərrikli yol maşını haqqında film çəkib

F-1.az xəbər verir ki, Mercedes AMG One maşını ərsəyə gəlib və artıq bütün 275 nüsxəsi satılıb.

2015-ci il Mercedes F1 W06 Hybrid boldinin hibrid güc qurğusunu əsas götürən mütəxəssislər aqreqatı yol maşınlarının tələblərinə uyğunlaşdırmaq üçün çox vaxt və səy sərf ediblər. Çoxlu eniş-yoxuşlarla dolu olan hekayə 2024-cü ildə ekranlara çıxacaq “Project One: A Milestone in Automotive History” filminin süjetini təşkil edib.

İndiyə qədər yalnız treyler yayımlanıb, lakin artıq məlumdur ki, Formula1-in yeddiqat çempionu Lyuis Həmilton, keçmiş dünya çempionatının iştirakçısı və yeni maşının ilk test sürücüsü Devid Kulthard, Beynəlxalq Avtomobil Federasiyasının (FİA ) prezidenti Məhəmməd bin Sulayem və avtomobil, avtoidman sənayesinin bir sıra digər simaları çəkilişlərdə iştirak ediblər.

Seçilən
291
f-1.az

1Mənbələr