AZ

Premyer Liqa: “Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

BAKI, 10 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə daha iki matç keçiriləcək.

Əvvəlcə "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüşün start fiti saat 14:30-da səslənəcək.

Turun son matçı isə "Palms Sports Arena"da "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, növbəti turun oyunları 14-16 fevralda baş tutacaq.

Azərbaycan Premyer Liqası

XIX tur

10 fevral

14:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”.

Seçilən
40
3
teleqraf.com

4Mənbələr