AZ

Dünyanın ən böyük stadionu TİKİLİR - 38 milyard dollarlıq LAYİHƏ

Vyetnamın paytaxtı Hanoyda təxminən 135 min tamaşaçı tutumuna malik nəhəng stadionun (Tronq Donq) tikilməsi planlaşdırılır.
 
Moderator.az xəbər verir ki, layihə reallaşarsa, bu arena tamaşaçı tutumuna görə dünyanın ən böyük stadionlarından biri olacaq.
 
Məlumata görə, layihənin ümumi dəyəri təxminən 38 milyard ABŞ dolları civarında qiymətləndirilir. Stadionun yalnız idman yarışları üçün deyil, həm də iri konsertlər, beynəlxalq tədbirlər və müxtəlif kütləvi proqramlar üçün istifadə olunması nəzərdə tutulur.
 
Rəsmilər hesab edir ki, bu cür iri idman infrastrukturu ölkənin turizm potensialını artıracaq, beynəlxalq yarışların Vyetnamda keçirilməsinə şərait yaradacaq və paytaxtın müasir simasının formalaşmasına töhfə verəcək.
 
Layihənin 2028-ci ildə tamamlanacağı gözlənilir. Tikinti işlərinin mərhələli şəkildə həyata keçiriləcəyi və stadionun ətrafında əlavə infrastrukturun - nəqliyyat xətləri, ticarət və əyləncə zonalarının da yaradılacağı bildirilir. /Musavat.com/
 
Seçilən
40
1
moderator.az

2Mənbələr