AZ

Liviya sahillərində qayığın aşması nəticəsində 53 nəfər həlak oldu

Bakı. Trend:

Liviya sahillərində miqrantları daşıyan qayığın aşmasınəticəsində 53 miqrant, o cümlədən iki körpə həlak olub və ya itkindüşmüş hesab edilir.

Trend xəbər verirki, bu barədə bazar ertəsi Beynəlxalq Miqrasiya Təşkilatı məlumatyayıb.

Bildirilib ki, hadisə ötən cümə günü Aralıq dənizinin mərkəzihissəsində, sahilyanı Zuvara şəhərinin şimalında baş verib. Qayıqbuzlu suda aşıb.

Qeyd olunur ki, bu faciə zorakılıq və insan alverinə tez-tezməruz qalan həssas vəziyyətdə olan miqrant və qaçqınlarla bağlıinsidentlər silsiləsində növbəti hadisədir.

Məlumata görə, qayıqda bir neçə Afrika ölkəsindən olanmiqrantlar və qaçqınlar olub. Qayıq cümə axşamı yerli vaxtla saat23:00 radələrində Əz-Zaviya şəhərindən yola çıxıb. Təxminən altısaat sonra qayığa su dolmağa başlayıb və bundan sonra o aşıb.

Miqrantların konkret olaraq hansı istiqamətə getdikləri hələlikməlum deyil.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, təkcəyanvar ayında Aralıq dənizinin mərkəzi hissəsində azı 375 nəfərhəlak olub və ya itkin düşüb. Agentlik vurğulayıb ki, bir çox oxşarfaciələr ehtimal ki, hakimiyyət orqanları və beynəlxalq təşkilatlarüçün naməlum qalır.

Seçilən
47
az.trend.az

1Mənbələr