Meksika ABŞ tərəfindən ticarət rüsumlarının tətbiqi təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti dayandırıb, lakin humanitar yardımı davam etdirəcək.
Heftelik.az xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.
Meksika Prezidenti qeyd edib ki, hazırda neftin ixracı dayandırılıb və məqsəd Meksika üçün mümkün mənfi nəticələrin qarşısını almaqdır.
Onun sözlərinə görə, ABŞ-ın məhdudiyyətləri Kuba xalqına qarşı ədalətsizlikdir və ölkədə xəstəxanalar və məktəblər üçün yanacaq çatışmazlığı səbəbindən əhali əziyyət çəkir.
Klaudiya Şeynbaum vurğulayıb ki, Meksika Kubaya humanitar dəstəyi dayandırmayacaq.