OpenAI ötən ay "X" platforması üzərindən etdiyi açıqlamada milyonlarla istifadəçisi olan ChatGPT-yə reklamların gələcəyini elan etmişdi. Şirkət bildirir ki, reklamlar Plus, Pro, Business və Enterprise paketlərində yer almayacaq və ChatGPT ilə aparılan söhbətlər reklamverənlərdən gizli saxlanılacaq.
Marja xəbər verir ki, süni intellekt şirkəti OpenAI, ChatGPT söhbət botunda reklam testlərinə başlamağı planlaşdırır. Reklamlar süni intellekt botu ilə aparılan söhbətlərin altında ayrıca bir bölmədə görünəcək.
Şirkət bildirir ki, reklamlar "Plus, Pro, Business" və "Enterprise" paketlərində yer almayacaq. OpenAI uzunmüddətli perspektivdə reklamların ümumi gəlirlərinin yarısından azını təşkil edəcəyini gözləyir.
OpenAI bildirir ki, reklamlar, tətbiqdən pulsuz istifadə edən və ya daha ucuz Go abunəliyinə qoşulan istifadəçilərə göstəriləcək. ChatGPT ilə apardığınız söhbətlər reklamverənlərdən gizli saxlanılacaq, lakin reklamlar yenə də sizin üçün ən faydalı olana uyğun optimallaşdırıla bilər. OpenAI-yə görə, reklamverənlərin ChatGPT-nin cavabları üzərində heç bir təsiri olmayacaq.