ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Oğlum müğənni qız alsa, xoşbəxt olaram".
Milli.Az xəbər verir ki, bunu müğənni Qumral deyib.
"Tarixin bir günü" verilişində qonaq olan Qumral həyat yoldaşından və ailəsindən danışıb:
"Əgər müğənni ailəlidirsə, burada mütləq çətinliklər olur. Evdar xanımlar kimi, müğənni xanımlar da ailəsini diqqətdə saxlamalıdır. Bizdə heç nə rahat və yaxşı olmur. Biz xanımlar da ərlərimizin bəzi şeylərinə dözməliyik, onun pis tərəflərini rəndələməliyik ki, yola davam edə bilək.
Mən həyat yoldaşıma uşaq kimi baxıram. Onu əlimin içində saxlayıram. Heç kəs ona 45 yaş vermir. O, hər zaman mənim yanımdadır. Müğənni gəlin almaram deyənləri qınayıram. Oğlum müğənni alsa, mən xoşbəxt olaram. Guya müğənni olmayan xanıma kişilər baxmır? Niyə müğənni oynayanda, geyinəndə qəbahət olur? Gedirsən şou proqramlara, orada müğənni olmayan xanımlar elə oynayır, elə hərəkətlər edir ki, heç sənətçilər elə olmur". (Musavat.com)
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.