AZ

Opel sürənlərə bəd xəbər

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyanın ən böyük avtomobil nəhənglərindən olan "Stellantis" üçün proqnozlar pisləşməkdə davam edir. Almaniyanın maliyyə nəhəngi "Deutsche Bank" şirkətin səhmləri ilə bağlı gözləntilərini yenidən nəzərdən keçirərək, qiymət hədəfini 8 avrodan 7 avroya endirib.Demokrat.az xəbər verir ki, bu qərarın arxasında duran əsas səbəb şirkətin son maliyyə hesabatlarında ortaya çıxan gözlənilməz xərclərdir. "Stellantis" 2025-ci ilin ikinci yarısı üçün təxminən 22 milyar avro həcmində birdəfəlik xərc çıxaracağını açıqlayıb. Bu rəqəm bazarda soyuq duş effekti yaradıb. Şirkət rəhbərliyi etiraf edir ki, elektrikli avtomobillərə keçid sürətini düzgün hesablamayıblar və əvvəlki əməliyyat qərarlarında ciddi səhvlərə yol veriblər.Vəziyyətin ciddiliyi investorların cibinə də təsir edib. Artıq şirkətin dividend ödənişlərini dayandırdığı məlumdur. Üstəlik, maliyyə boşluğunu doldurmaq üçün 5 milyar avroluq yeni istiqraz buraxılması planlaşdırılır. "Stellantis" hazırda itirilmiş mövqelərini bərpa etmək üçün Fransa kimi əsas bazarlarda qiymətləri kəskin aşağı salmaqla satış həcmini qorumağa çalışır.Ekspertlər bildirir ki, ABŞ-dakı istehsal xərclərinin artması və strateji səhvlər şirkəti çətin sınaq qarşısında qoyub. "Morgan Stanley" kimi digər nüfuzlu qurumlar da artıq "Stellantis"ə olan inamın azaldığını, investisiya reytinqinin aşağı düşdüyünü vurğulayırlar. Görünən odur ki, avtomobil nəhəngi üçün 2026-cı il heç də asan keçməyəcək.Qeyd edək ki, "Stellantis" qrupunun tərkibinə "Jeep", "Fiat", "Peugeot", "Opel", "Citroën", "Chrysler", "Dodge", "Ram", "Alfa Romeo", "Maserati", "Lancia", "DS", "Abarth" və "Vauxhall" kimi dünyaca məşhur 14 fərqli avtomobil markası daxildir.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
demokrat.az

1Mənbələr