AZ

Ürək və qan damarları üçün təhlükəli qidalar

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Üç kateqoriyadan olan qidalar qanda "pis" xolesterinin kəskin şəkildə artmasına səbəb olur ki, bu da həyati təhlükə yaradan xəstəliklərdən biri - damarların aterosklerozu riskini artırır.

Lent.az xəbər verir ki, bu barədə Gazeta.ru saytına rusiyalı mütəxəssis Olqa Tarasova danışıb. Materialda bu təhlükəli rasionun ətraflı təhlili təqdim olunub.

"Birinci qrup transyağlardır (hidrogenləşdirilmiş yağlar). Bunlar süni şəkildə modifikasiya olunmuş bitki yağlarıdır və zərərlilik baxımından liderdirlər. Transyağlar aşağı sıxlıqlı lipoprotein səviyyəsini artırır, yüksəksıxlıqlı lipoproteini azaldır və qan damarlarına zərər verən sistemik iltihaba səbəb olur. Bu qrupa marqarinlər, spred yağlar, ucuz bişinti məhsulları (peçenye, kruassan), qızardılmış kartof, çips, frityurda hazırlanmış məhsullar, popkornun bəzi növləri və konfetlər daxildir. Etiketlərdə "qismən hidrogenləşdirilmiş yağlar" yazısı təhlükə siqnalıdır.

İkinci qrup doymuş yağlardır. Onlar təbii mənşəlidir, lakin nəzarətsiz qəbul edilərsə, təhlükəli ola bilirlər. Həddindən artıq doymuş yağ qaraciyərin artıq işləməsinə səbəb olur və endogen xolesterinin istehsalını stimullaşdırır. Mənbələr: qırmızı ətin yağlı növləri (donuz əti, qoyun əti, mal sinəsi), donuz piyi, kərə yağı, palma və kokos yağları, yağlı süd məhsulları (30%-dən çox yağlı pendirlər, qaymaq, xama). Onları tamamilə rasiondan çıxarmaq lazım deyil, çünki hormon sintezində iştirak edirlər, amma gündəlik kalori qəbulu 7-10%-dən çox olmamalıdır.

Üçüncü qrup asan həzm olunan karbohidratlar və əlavə olunmuş şəkərlə zəngin məhsullardır. Çoxları səhvən düşünür ki, qan damarlarına yalnız yağlı qida təsir edir. Bu məhsulların tərkibində birbaşa xolesterin yoxdur, lakin artıq miqdarda qəbulu insulinin kəskin artmasına səbəb olur. İnsulin qaraciyərdə xolesterin sintezində əsas ferment olan HMG-CoA reduktazanı aktivləşdirir və artıq qlükoza triqliseridlərə çevrilir. Mənbələr: şəkər, şirin qazlı içkilər, qablaşdırılmış şirələr, ağ undan hazırlanmış bişinti məhsulları, ağ düyü, şirniyyatlar", - deyə həkim bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
lent.az

2Mənbələr