AZ

Hər gün 3 qram kifayətdir Qocalmanı ləngidir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əvvəllər ancaq bodibilderlərin və peşəkar idmançıların rasionunda gördüyümüz kreatin artıq orta yaşlıların və yaşlıların da diqqət mərkəzindədir. Əzələləri bərkitdiyi, beyni itiləşdirdiyi və hormonları qaydaya saldığı deyilən bu qida əlavəsi ətrafında müzakirələr qızışsa da, ekspertlər hər kəsi tədbirli olmağa çağırır.Demokrat.az xəbər verir ki, əslində kreatin bizə yad deyil, ət və balıq yeyərkən onu təbii yolla alırıq. Orqanizmimiz üçün bir növ enerji anbarı funksiyasını daşıyır. Amma yaş ötdükcə bu ehtiyat tükənir, nəticədə pilləkən çıxanda tez yoruluruq, əzələlərimiz boşalır, hətta bəzən yaddaşımız bizi yarıyolda qoyur. Aparılan son tədqiqatlar göstərir ki, az dozada kreatin qəbulu yüngül idman hərəkətləri ilə birləşəndə yaşlanmanın gətirdiyi fiziki zəifliyin qarşısını ala bilir.İngiltərə Dietoloqlar Assosiasiyasının eksperti Semmi Gillin fikrincə, kreatindən möcüzə gözləmək lazım deyil. O bildirir ki, bu əlavə yalnız gündəlik 3–5 qramlıq qəbul və kiçik fiziki yüklənmələrlə birlikdə real effekt verir. Yəni sadəcə kreatin içib divanda oturmaqla əzələ kütləsini qorumaq mümkün deyil.Maraqlıdır ki, bu maddə təkcə bədənə yox, həm də beyinə təsir edir. Xüsusilə yuxusuzluq, stres və zehni yorğunluq zamanı diqqəti toplamağa kömək etdiyi müşahidə olunub. Kanzas Universitetinin alimi Metyu Teylor isə kreatinin gələcəkdə Altsheymer xəstəliyinə qarşı istifadə oluna biləcəyini istisna etmir. Lakin o da əlavə edir ki, bu barədə qəti danışmaq üçün hələ çox erkəndir.Qadınlar üçün də vəziyyət fərqlidir. Menopoz dövründə bədəndə kreatin səviyyəsi kəskin aşağı düşür, bu da sümüklərin və əzələlərin zəifləməsinə yol açır. Məhz bu mərhələdə qida əlavəsi xüsusi əhəmiyyət kəsb edə bilər. Ümumilikdə təhlükəsiz sayılsa da, kreatin bəzən bədəndə su yığılmasına və yüngül çəki artımına səbəb olur. Böyrək və ya qaraciyərində problem olanlar isə həkimlə məsləhətləşmədən bu addımı atmamalıdırlar.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
158
demokrat.az

1Mənbələr