AZ

Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

BAKI, 10 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters"ə Ağ Evin nümayəndəsi açıqlama verib.

Rəsminin sözlərinə görə, sabit İordan çayının qərb sahili İsrailin təhlükəsizliyini təmin edir və administrasiyanın regionda sülhə nail olmaq məqsədi ilə uzlaşır.

O qeyd edib ki, bu mövqe Tramp administrasiyasının bölgədə sabitlik və təhlükəsizliyin qorunmasına yönəlmiş xəttinə uyğundur.

Seçilən
49
teleqraf.com

1Mənbələr