AZ

Kadırov oğlunun qəzasından danışdı

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu ilə bağlı yayılan yol-nəqliyyat hadisəsi xəbərlərini təkzib edib.

Publika.az xəbər verir ki, Kadırov bu barədə Çeçenistan prokuroru ilə görüşü zamanı danışıb. O bildirib ki, guya oğlu Adəm Kadırovun iştirakı ilə baş verdiyi iddia edilən qəza barədə yayılan məlumatlar “süni intellekt tərəfindən hazırlanmış saxta xəbərlərdir”.

Onun sözlərinə görə, hazırda süni intellekt vasitəsilə istənilən şəxsi aldatmaq mümkündür və cəmiyyət real yol-nəqliyyat hadisələrinə deyil, məhz bu cür uydurma məlumatlara diqqət ayırır.

Qeyd edək ki, yanvarın 17-də media orqanları Qroznıda Adəm Kadırovun kortejinin qəzaya düşməsi, onun hospitalizasiyası və sonradan Moskvaya aparılması barədə məlumatlar yaymışdı.

Rəsmi açıqlamadan sonra isə sual açıq qalır: Kadırovun oğlu hazırda haradadır?

Seçilən
77
publika.az

1Mənbələr