AZ

Britaniya Kralı qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcəyinə söz verib

Böyük Britaniya Kralı III Karl qardaşı Endryu Mauntbetten-Vindzorun pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinin araşdırılmasında polisə kömək etməyə hazırdır.

"Far.Az" xəbər verir ki, bu barədə Bakinqem sarayının yaydığı bəyanatda deyilir.

"Kral öz sözləri və görünməmiş hərəkətləri ilə cənab Mauntbetten-Vindzorun davranışı fonunda ortaya çıxmağa davam edən ittihamlardan dərin narahatlığını açıq şəkildə ifadə edib. Sözügedən konkret iddialara cavabı cənab Mauntbetten-Vindzor verməli olsa da, biz gözlənildiyi kimi, müraciət olunacağı təqdirdə, Temza vadisi polisinə kömək etməyə hazırıq. Əvvəllər də qeyd edildiyi kimi, Əlahəzrətlərin [III Karl və həyat yoldaşı kraliça Kamilla] düşüncələri və duaları hər növ zorakılıq qurbanları ilədir", – bəyanatda bildirilir.

Bazar ertəsi günorta saatlarında Temza vadisi polisi Mauntbetten-Vindzorun Epşteynə məxfi məlumatlar ötürməsi barədə məlumatları araşdırmağa başladığını açıqlayıb. Söhbət həmin dövrdən gedir ki, hələ o zaman şahzadə və York hersoqu titullarını daşıyan kral ailəsi üzvü Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi idi. O bu vəzifəni 2001-ci ildən 2011-ci ilə qədər tutub.

Seçilən
49
far.az

1Mənbələr