AZ

Əfsanə üsyan etdi: bir neçə işıq ili geri qalır...

İkiqat Avropa çempionu, hazırda “Real Oviedo”nun formasını geyinən Santi Kasorla klubunun “Rayo Valyekano” ilə oyununun təxirə salınmasından narazı qalıb.

Publika.az xəbər verir ki, görüş meydançanın pis vəziyyəti və əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.

“Reallıq ondan ibarətdir ki, La Liqa bütün göstəricilər üzrə Premyer Liqadan bir neçə işıq ili geri qalır”, – deyə məyus olan Kasorla sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, “Oviedo” rəhbərliyi də baş verənlərdən narazı qalıb. Belə ki, komanda artıq stadiona çatdığı üçün nəticədə müəyyən maddi itkilərlə üzləşib.

Seçilən
63
publika.az

1Mənbələr