AZ

Sponsor məsələləri həll olunmadı, azərbaycanlı pilot ora gedə bilməyəcək

Azərbaycanlı pilot Davin Cəfərov “Formula-4” yarış sessiyasında debüt edib.

Sportinfo.az xəbər verir ki, test yürüşləri Portuqaliyanın Portimau şəhərində - ən çətin və müasir traslardan birində keçirilib.

Bu trekdə “Formula-1” və MotoGP kimi nüfuzlu yarışlar da təşkil olunur.

“Formula-4”də yeni iştirakçılar üçün, xüsusilə ikinci sessiyadan sonra qəzalar adi hal sayılsa da, Cəfərov ilk testini qəzasız başa vurub.

O, yağışlı hava şəraitində 224 km/saat maksimal sürətə çataraq yüksək performans nümayiş etdirib.

Buna baxmayaraq, sponsor məsələləri həll olunmadığı üçün azərbaycanlı pilot cari mərhələdə yarışa qatıla bilməyəcək.

Cəfərov maliyyə problemləri aradan qalxdıqdan sonra əvvəlcə “F-4”də, daha sonra “F-3” və “F-2”də gözləntiləri doğruldaraq əsas məqsədi olan “Formula-1”ə doğru irəliləyəcəyinə inanır.

Onun əsas hədəfi Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməkdir.

Seçilən
56
sportinfo.az

1Mənbələr