AZ

ABŞ və Çin liderlərinin Pekində sammitinin tarixi məlum olub

BAKI, 10 fevral. TELEQRAF

ABŞ prezidenti Donald Tramp aprelin ilk həftəsində Çinə səfər etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, üç mənbə Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünün aprelin əvvəlində Pekində keçiriləcəyini təsdiqləyib.

Daha əvvəl Donald Tramp 2026-cı ilin aprelində Çinə səfər etməyi planlaşdırdığını bildirmiş, həmçinin ilin sonuna qədər Si Cinpinin Vaşinqtona cavab səfərini gözlədiyini qeyd etmişdi.

Qeyd olunur ki, ötən həftə Tramp və Si Cinpin arasında telefon danışığı baş tutub. Dövlət başçıları arasında son görüş isə ötən ilin oktyabrında Cənubi Koreyanın Pusan şəhərində, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində keçirilmişdi.

Seçilən
38
1
teleqraf.com

3Mənbələr