AZ

Bosniya və Herseqovina NATO ilə əməkdaşlıq üzrə 2025-ci il İslahat Proqramını qəbul edib

Bosniya və Herseqovinanın Nazirlər Şurası 2025-ci il İslahat Proqramı üzrə qərar layihəsini rəsmi olaraq qəbul edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, NATO ilə Əməkdaşlıq üzrə Komissiya tərəfindən təklif olunan sənəd ölkənin alyansla strukturlaşdırılmış əməkdaşlığının davamını ifadə edir.

Bosniya və Herseqovinanın xarici işlər nazirinin müavini Yosip Brkiç yeni təsdiqlənmiş sənədin əhəmiyyətini və məzmununu izah edərkən bildirib ki, əvvəlki versiyalardan fərqli olaraq bu proqram daxili institutların həyata keçirməli olduğu islahat proseslərini əks etdirmək üçün xüsusi şəkildə hazırlanıb.

Sənədin Brüsselə çatdırılmasından sonra həyata keçiriləcək prosedura diqqət çəkən Y. Brkiç beynəlxalq qiymətləndirmə üçün vaxt cədvəlini də açıqlayıb. Onun sözlərinə görə, martın sonuna və ya aprelin ortalarınadək NATO 2025-ci il üçün İslahat Proqramı ilə yanaşı, 2023 və 2024-cü illər üzrə müəyyən edilmiş məqsədlərin icra səviyyəsi də qiymətləndiriləcək.

Nazir, eyni zamanda əvvəlki illərdə qarşıya çıxan çətinliklərə də diqqət çəkərək vurğulayıb ki, İslahat Proqramı tez-tez Bosniya və Herseqovinadakı dəyişkən siyasi mühitin və daxili münasibətlərin "ikinci dərəcəli qurbanı"na çevrilib.

Seçilən
40
far.az

1Mənbələr