AZ

Dünya kikboksu bu qərardan danışır: Bəhram Rəcəbzadəyə gözlənilməz rəqib

Azərbaycanın kikboks ulduzu Bəhram Rəcəbzadə dünya çempionluğu kəməri uğrunda həlledici döyüşə çıxır.

Fanat.Az xəbər verir ki, GLORY təşkilatı sürpriz qərarla yüngül ağır çəki dərəcəsində dünya çempionu Tarik Xbabezin kəmərini əlindən alıb.

Səbəb kimi mərakeşli idmançının reytinqdə birinci pillədə olan Bəhram Rəcəbzadə ilə revanş döyüşündən imtina etməsi göstərilib. Boş qalan dünya çempionluğu kəməri üçün Bəhramın rəqibi isə orta çəkinin mütləq hökmdarı, hazırkı çempion Donovan Visse olacaq.

Tarixi qarşılaşma aprelin 25-də Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "GLORY 107" turniri çərçivəsində baş tutacaq. Bəhram bu yaxınlarda Kristian Risteanı cəmi 31 saniyəyə (bəzi mənbələrə görə 16 saniyəlik zərbə seriyası ilə) nakaut edərək möhtəşəm formada olduğunu sübut edib.

Əgər təmsilçimiz apreldə Surinam əsilli Visseni məğlub edərsə, GLORY tarixində kəməri Azərbaycana gətirən ilk idmançı kimi adını tarixə yazdıracaq.

Kamil Xudiyev

 

Seçilən
29
1
fanat.az

2Mənbələr