AZ

A Seriyası: “Roma” qələbə qazanmaqla “Yuventus”la xallarını bərabərləşdirib

Bakı, 10 fevral, AZƏRTAC

İtaliya çempionatında 24-cü turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Roma” klubu “Stadio Olimpico”da “Kalyari”ni qəbul edib. Görüşdə üstün tərəf sayılan paytaxt təmsilçisi sürprizə imkan verməyib. Donyell Malenin vurduğu qollar sayəsində oyun 2:0 ev sahibinin qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra 46 xal toplayan “Roma” 4-cü yerdəki “Yuventus”a çatıb. Aktivində 28 xal olan “Kalyari” 12-ci sırada qərarlaşıb. Tura bu gün saat 23:45-də “Milan” – “Komo” oyunu ilə yekun vurulacaq.

Seçilən
35
1
azertag.az

2Mənbələr