AZ

KİV: Britaniya müdafiə fondlarının maliyyələşdirilməsini sürətləndirir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatı (FCA) müdafiəyə yönəlmiş fondlardan gələn müraciətlərə üstünlük verəcək.

Oxu.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, FCA tənzimləyici maneələri azaltmaqla müdafiə səhmləri və istiqrazlarına investisiyaları təşviq edir.

Müdafiə fondlarına həm mülki, həm də hərbi məqsədlər üçün, məsələn, kibertəhlükəsizliklə bağlı ikili təyinatlı texnologiyalara sərmayə qoyan fondlar daxildir. Yeni fondlar üçün təsdiq üç günə, mövcud fondlar üçün isə bir aydan gec olmayaraq veriləcək.

Analitiklər bunu ABŞ Prezidenti Donald Trampın NATO üzvü Avropa ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-inə qədər artırmaq tələbləri fonunda atılan addımı kimi qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
oxu.az

1Mənbələr