AZ

İsrail ordusu İordan çayının qərb sahilində 20-dən çox fələstinlini saxlayıb

BAKI, 10 fevral. TELEQRAF

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində bir sıra reydlər keçirib və nəticədə 20-dən çox fələstinli radikal saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, saxlanılanlar “terrorçular və axtarışda olan şəxslər”dir. Qeyd olunur ki, onlar qanunsuz silah əldə etmək, saxlamaq və satmaqda, partlayıcı maddələr hazırlamaqda, eləcə də İsrail hərbçilərinə qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinirlər.

Ordunun mətbuat xidmətinin açıqlamasında deyilir ki, İsrail Müdafiə Ordusu İudeya və Samariyada (İsrail tərəfinin İordan çayının qərb sahili üçün istifadə etdiyi ad) terrorizmin qarşısının alınması məqsədilə tədbirləri davam etdirəcək.

Seçilən
23
teleqraf.com

1Mənbələr