AZ

Kurban Berdıyev buna görə azarkeşlərdən üzr istədi

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının XIX turunda "Karvan-Yevlax"a 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis 4 gün əvvəl Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Kəpəz"lə oyununda baş verənlərə görə üzr istəyib:
"İlk olaraq kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi. Oyuna gəldikdə, birinci hissədə çoxlu qol imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı".

Mətləb

Seçilən
14
2
sia.az

3Mənbələr