AZ

Volqoqradda rekord çəkili körpə DÜNYAYA GƏLDİ: 7 kiloqram, 70 santimetr – FOTO

Volqoqradda rekord çəkili körpə dünyaya gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Volqoqrad şəhərində Svetlana və İvan Rvaçovlar ailəsində nadir hadisə qeydə alınıb.

Belə ki, cütlüyün yeni doğulmuş oğlu rekord göstəricilərlə dünyaya gəlib.

Körpənin çəkisi 7 kiloqram 60 qram, boyu isə 70 santimetr təşkil edib.

Məlumata görə, “bahadır” körpə heç bir cərrahi müdaxilə olmadan, təbii yolla dünyaya gəlib. Həkimlər uşağın və ananın vəziyyətinin normal olduğunu bildirirlər.

Hazırda körpənin 5 günü tamam olur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr