AZ

Sülh lazımdır, təhlükəsizlik zəmanətləri isə... Zelenski

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda faktiki olaraq hər gün danışıqlar qrupumuz növbəti görüşlərdə nəticə verə biləcək sənədlər və təkliflər üzərində çalışır. Ən vacibi isə tərəfdaşların da Ukraynada bizim kimi köklənməsidir: sülh lazımdır, etibarlı təhlükəsizlik zəmanətləri isə sülhün mövcud olması və rusların bu və ya digər zərbə, yaxud hansısa hibrid əməliyyatla razılaşmaları pozmaması üçün yeganə real əsasdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, hazırda Avropada Rusiyanın müdaxiləsinin nə demək olduğunu və Rusiyanın hansı destabilizasiya əməliyyatları apardığını bilməyən ölkə qalmayıb.

Prezident vurğulayıb ki, hamı rusiyalı qatillərin, raketlərin və dronların nə etdiyini görür:

“Buna qarşı müdafiə və təhlükəsizliyin təmin olunması real və hiss olunan olmalı, uzunmüddətli sülh üçün zəmin yaratmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
axar.az

1Mənbələr