AZ

Ermənistana 11 milyon dollarlıq dronlar satdıq- Vens İrəvanda elan etdi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatılarının (PUA) satışı barədə yeni müdafiə sazişini elan edib. C.Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib ki, "Biz ilk dəfə olaraq böyük hərbi texnologiya satışını elan edirik: müşahidə dronları texnologiyalarına 11 milyon dollar", - o deyib.

Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. ABŞ üçün isə bu həm də yeni iş yerləri və müdafiə texnologiyaları sektoruna investisiyalar deməkdir. Paşinyan vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.

Mətləb

Seçilən
27
6
sia.az

10Mənbələr