AZ

Meksika Kubaya humanitar yardımı davam etdirəcək - Klauadiya Şeynbaum

Bakı. Trend:

Meksika ABŞ-nin Kubaya neft tədarük edən ölkələrə qarşı rüsumtətbiq etmə planına baxmayaraq, bu ölkəyə humanitar yardımgöstərməyə davam edəcək.

Trend xəbər verirki, bunu Meksika lideri Klauadiya Şeynbaum bəyan edib. Onunsözlərinə görə, ABŞ-nin mövqeyi ədalətsizdir, çünki nəticədə əksərtəsir Kuba xalqına dəyir.

Şeynbaum bildirib: “Dəstək daha çox olacaq. Kubaya neft göndərənistənilən ölkəyə qarşı ABŞ-nin tətbiq etdiyi ədalətsiz sanksiyalarsəbəbindən heç kimi Kuba xalqının hazırda yaşadığı vəziyyətdəqoymaq olmaz. Əlbəttə, ehtiyacı olan xalqlara hər zaman köməketdiyimiz kimi, Kuba xalqına da yardım edəcəyik. Hazırda əsasənərzaq göndəririk və onların ehtiyac duyduğu məhsulların tədarükünüartırmağı planlaşdırırıq”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp MeksikanınKubaya neft tədarükünü dayandırdığını açıqlamışdı. Bunun ardındanKİV-lərdə ada dövlətində ciddi yanacaq qıtlığı yarandığı barədəməlumatlar yayılmışdı.

Seçilən
65
az.trend.az

1Mənbələr