AZ

Ölkə işğal olunur, ordunu dayandırmaq mümkün deyil Generaldan şok xəbər

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Niderland Silahlı Qüvvələrinin baş komandanı general Onno Eyxelşaym Rusiya ordusunun xüsusi hərbi əməliyyat zonasında irəliləyişlərini davam etdirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, general bu fikirləri “Defensiekrant” nəşrinə verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, Rusiya qüvvələri ərazi nəzarətini genişləndirməkdə davam edir.

“Rusiya ərazi qazanmağa davam edir. Bununla belə, uzunmüddətli perspektivdə atəşkəsin əldə olunacağına inanıram. Şiddətli döyüşlər gedir. Ukrayna məğlub olur. Belə getsə, Rus ordusunu dayandırmaq mümkün olmayacaq”, – deyə Eyxelşaym qeyd edib.

Eyni zamanda, Niderland Silahlı Qüvvələrinin rəhbəri münaqişənin yaxın vaxtlarda həll ediləcəyinə dair nikbin olmadığını bildirib və prosesin uzana biləcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi “Şimal” qoşun qrupunun hücum bölmələrinin son 24 saat ərzində Sumı vilayətinin bir sıra yaşayış məntəqələri istiqamətində irəlilədiyini açıqlamışdı.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
globalinfo.az

1Mənbələr