AZ

Ölkədə güləşin son vəziyyəti necədir? Rəsul Çunayev sualları cavablandırdı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında sabiq güləşçi Rəsul Çunayevlə Azərbaycan güləşinin mövcud vəziyyəti müzakirə olunub.

Ölkədə güləşin son vəziyyəti necədir? - Rəsul Çunayev sualları cavablandırdı

Rəsul Çunayev bildirib ki, artıq ikinci dəfə Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü seçilib. Onun sözlərinə görə, Komissiyanın əsas fəaliyyəti idmançıların problemlərini yaxından öyrənmək, onların həlli yollarını müəyyənləşdirməkdən ibarətdir:

"Əsas funksiyamız gənc idmançılarla görüşmək, onlar üçün faydalı və maraqlı layihələr həyata keçirməkdir. Eyni zamanda Beynəlxalq Olimpiya Komitəsinin assambleyalarında iştirak edir, beynəlxalq tədbirlər çərçivəsində müxtəlif müzakirələr aparırıq".

Sabiq güləşçi dekabr ayında Azərbaycan Güləş Federasiyası tərəfindən həyata keçirilən "Güləş Qarabağda" layihəsinə də toxunub. O qeyd edib ki, sözügedən layihə böyük maraqla qarşılanıb:

"Orada gördük ki, hər kəs çox həvəslidir və özünü doğrultmağa çalışır. Tədbirdən sonra bölgədə güləş zalının açılması ilə bağlı təkliflər irəli sürüldü. Bu da güləşə marağın nə qədər böyük olduğunu göstərir. Çalışacağıq ki, vətəndaşların rahat məşq etmələri üçün onlara lazımi şərait yaradılsın".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
oxu.az

1Mənbələr