Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində aparılacaq texniki işlərlə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
NOCOMMENT.az xəbər verir ki, yeni inşa edilmiş daşıyıcı qaz xəttinin mövcud sistemə inteqrasiyası səbəbindən 10 fevral 2026-cı il tarixində saat 10:00-dan başlayaraq ərazidə 2000 abonent qazsız qalacaq.
Təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.