AZ

4 milyonluq işə görə həbs edilmişdi, ev dustağlığına buraxıldı...

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən daha biri həbsdən azad edilib. Bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Bu cinayət işi üzrə 5 nəfər - Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov, Zaur Qurbanov və Ceyhun Əşrəfov ittiham olunur. Onlardan Ceyhun və Cavid azadlıqda idi. Bu dəfə isə cinayətin törədilməsində əsas fiqur hesab edilən Seymur Məhərrəmovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib.

Prokuror vəsatətə etiraz etsə də, zərərçəkmiş Quvat Beybutov Seymur Məhərrəmovun dəymiş ziyandan ödədiyini bildirərək onun azad edilməsinə etiraz etməyib. Hakim Zaur Hacıyev vəsatəti təmin edib. S.Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Mətləb

Seçilən
22
14
sia.az

10Mənbələr