AZ

Bu şirkətlə sıx işləyəcəyik Prezident

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Visa" şirkəti ilə çox məhsuldar əməkdaşlıq barədə hökumət qurumlarımızdan məlumat almışam və biz bundan məmnunuq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti onların müxtəlif tərəfdaşlarla – İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bir çox digər təşkilatlarla işlədiklərini xatırladıb.

"Gündəliyimiz, planlarımız və burada görülən işlər barədə məlumatınız var. Biz birmənalı olaraq, müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha rahat etmək üçün gələn illərdə "Visa" ilə sıx işləyəcəyik. Çox sağ olun", - dövlət başçısı bildirib.

"Visa" şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros artıq 30 ildir ki, yerli banklarla səmərəli əməkdaşlıq həyata keçirdiklərini bildirdi. O vurğuladı ki, təmsil etdiyi şirkət Azərbaycanda qabaqcıl, təhlükəsiz və inklüziv ödəniş sisteminin inkişafı ilə bağlı layihələr həyata keçirir.

K. oros "Azərbaycan 2030" Strategiyası çərçivəsində milli prioritetlər üzərində işlə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq və tərəfdaşlığa görə minnətdarlığını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
axar.az

1Mənbələr