AZ

“Vüsel” tikinti şirkətindən ev almaq istəyən şəxs dələduzluqla üzləşdiyini iddia edir – VİDEO

Bakı sakini ev almaq istədiyi zaman dələduzluqla üzləşdiyini iddia edir. 32 min manat ödəyib ev tikintisi üçün sifariş verən Zakir Həsənəliyev dələduzluqla qarşılaşdığını bildirir. Dediyinə görə, 3 ildir nə evi ona təhvil verilir, nə də ödədiyi məbləğ geri qaytarılır.

NOCOMMENT.az xəbər verir ki, bu iddia ilə qaynar xəttə paytaxt sakini Zakir Həsənəliyev müraciət edib.

Zakir Həsənəliyev deyir ki, 2023-cü ildə “Vüsel” tikinti şirkətinə Abşeron rayonu, Məməmədli qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisi üçün ödəniş edib. Ona mənzilin meketi də təqdim olunub, ödəniş etdiyinə dair qəbz də verilib.

Zakir Həsənəliyev iddia edir ki, tikinti şirkəti ilə onu tanış edən makler Sabit Novruzov sövdələşiblər, nəticədə o, evsiz qalıb.

Evini təhvil ala bilməyən Zakir Həsənəliyev tikinti şirkətindən pulunu geri istəyib, amma onun ödədiyi məbləğ qaytarılmayıb. Vətəndaş hadisə ilə bağlı Nəsimi rayon 21-ci polis bölməsinə şikayət edib.

Zakir Həsənəliyevin iddiaalarına aydınlıq gətirmək məqsədi ilə “Vüsel” tikinti şirkətinin təsisçiçi Tahir Məmmədəliyevlə telefon əlaqəsi saxladıq. O, heç kimdən pul almadığını sözləyib və məsələnin DİN-də araşdırıldığını bildirib.

Ev alqı-satqısında adı çəkilən makler Sabit Novruzovla da əlaqə saxladıq: “Mən, sadəcə Zakir kişini gətirib onlarla tanış etmişəm. Müqavilə bağlanıb, ödəniş də edilib. Mənim üzərimdə qalan 15.500 manatdır, onu da bu ay ödəyəcəm. Amma ortada ev yoxdur axı…”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, polisə Zakir Həsənəliyevin qeyd edilən məsələ ilə bağlı müraciəti daxil olub. Müraciət əsasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
1
nocomment.az

2Mənbələr