AZ

Türkiyə Superliqası: “Fənərbağça” qələbə qazanıb

Türkiyə Superliqasında 21-ci tur çərçivəsində üç oyun keçirilib.

İdman.Biz xəbər verir ki, “Fənərbağça” “Gənclərbirliyi”ni qəbul edib.

Oyun 3:1 hesabı ilə İstanbul nəhənginin xeyrinə qurtarıb.

Hesabı 16-cı dəqiqədə Anderson Talişka açıb. 27-ci dəqiqədə Kərəm Aktürkoğlu “Fənərbağça”nın üstünlüyünü artırıb. 34-cü dəqiqədə Aktürkoğlu üçüncü topu qonaqların qapısından keçirib. 55c- dəqiqədə Seku Koyta qonaqların yeganə cavab qolunu vurub.

“Fənərbağça” 21 oyundan sonra 49 xal qoplayaraq ikinci yerdədir.

Digər oyunlarda “Kayserispor” öz meydançasında “Kocaelispor”a məğlub olub – 1:2.

“Qaziantep” isə “Kasımpaşa”nı məğlub edə bilib – 2:1.

İdman.Biz
Seçilən
75
idman.biz

1Mənbələr